руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
16 июль
20:04
Помочь нам долларом - рублём ЗДЕСЬ
> подробно
Все записи | Новости
вторник, февраль 26, 2013

Конкурс среди учеников 7-го класса

aвтор: kam3006 ®
 

Google SketchUp proqramında ən yaxşı üçölçülü modelin hazırlanması" adlı müsabiqə keçirildi



24 fevral 2013-ci il tarixində Bakı ş. 283 saylı məktəbdə "Google Sketch Up qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model" adlı müsabiqə keçirilmişdir. Müsabiqədə 20 şagird iştirak edirdi. 2 şagird Sumqayıt, 1 nəfər Şamaxı, 1 nəfər Şəki, 16 nəfər isə Bakı məktəblərini təmsil edirdilər. Püşk nəticəsində 4 obyekt arasından Opera və Balet Teatrın binasının çəkli seçildi. 2 saat ərzində şagirdlər Google SketchUP proqramında onun 3D modelini hazırladılar. Tapşırıq mürəkkəb olsa da, uşaqlar demək olar ki, bu tapşırığın öhdəsindən gəldilər. Şagirdlərin işini informatika müəllimələrindən ibarət ekspertlər qrupu qiymətləndirdi. Sonra isə münsiflər heyətinin üzvləri - Ramin Mahmudzadə(sədr), İsmayıl Sadıqov, Fərman Abdullayev və Gülnarə Səlimova işləri bir daha yoxlayaraq müəllimlərin seçimini təsdiq etdilər.

I yer       Rəsulov Cavid, Bakı ş., 291 saylı məktəb;
II yer      Vəlizadə Xavər, Bakı ş., 70 saylı məktəb
II yer      Quliyev Elgiz, Bakı ş. 229 saylı məktəb;
III yer     Qasımova Məryam, Bakı Modern məktəbi
III yer     Əmrahov Nail,  Bakı ş. 6 saylı məktəb
III yer     İsgəndərov Amil, Sumqayıt ş. 36 saylı məktəb.


Bütün iştirakçılara sertifikatlar verildi. Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələrlə yanaşı İsmayıl Sadıqovun müəllifliyi ilə Ramin Mahmudzadənin 75 illik yubeliyinə həsr etdiyi "Beynəlxalq İnformatika Olimpiadaları” kitabı da hədiyyə edildi. Bu kitab şagirdləri müşayiət edən müəllimlərə də bağışlandı.

 

loading загрузка
ОТКАЗ ОТ ОТВЕТСТВЕННОСТИ: BakuPages.com (Baku.ru) не несет ответственности за содержимое этой страницы. Все товарные знаки и торговые марки, упомянутые на этой странице, а также названия продуктов и предприятий, сайтов, изданий и газет, являются собственностью их владельцев.