руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
19 нояб.
11:02
Помочь нам долларом - рублём ЗДЕСЬ
> подробно

Энциклопедия / Живопись

Изменить категорию | Все статьи категории

Eldar Şəfiyev

14.9.2018

Şəfiyev Eldar Ağadadaş oğlu 1953-cü il sentyabr ayının 28-də Bakının Əmircan kəndində anadan olmuşdur. 84 və 226 № -li məktəblərdə səkkizillik təhsilini başa vurduqdan sonra 1969-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbinə (indiki İncəsənət Kolleci) daxil olmuşdur. 1972-1974-cü illərdə odu sıralarında xidmət etdikdən sonra 1975-ci ildə bu məktəbi bitirmişdir. Həmin il də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rəssamliq fakültəsinə daxil olmuşdur. Lakin 1-ci kursdan təhsilini yarımçıq qoyub dostu ilə Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə getmiş, 1978-ci ilə qədər burada yaşamış və yaradıcılıqla məşğul olmuşdur. Hələ məktəb illərindən Səttar Bəhlulzadə ilə, tələbəlik illərindən isə Mircavadla çox səmimi dostluq münasibətləri olmuşdur. 1980-1990-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda rəssam işləmişdir. Rəssamlar İttifaqının üzvüdür.
Eldar Şəfiyev 1990-cı ildə ABŞ-na köçmüş, 15 il Nyu-Yorkda yaşayıb yaratmışdır, əsasən muzeylər və kolleksiyaçıların sifarişi ilə əsərlər yaratmışdır. Bu illər ərzində ABŞ-nın müxtəlif şəhərlərində keçirilən layihələrdə iştirak etmişdir. Həmçinin Türkiyədə və Dubayda böyük həcmli işlərin müəllifi olmuşdur. Eldar Şəfiyev hal-hazırda yenidən doğma kəndi Əmircanda yaşayır, yaradıcılıqla məşğul olur. Türkiyədə də emalatxanası olduğundan tez-tez ora səfərlər edir. 8 – 10 dekabr 2017-ci il tarixində Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin dəstəyi və Plener Group şirkətinin təşkilatçılığı ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 108 illiyinə həsr olunmuş Əmircan rəssamlarının sərgisində iştirak etmiş və Diplomla mükafatlandırılmışdır.
Bu illər ərzində Eldar Şəfiyev bir neçə fərdi sərgisini təşkil etmişdir. Əsərləri bir sıra xarici ölkələrdə, əsasən Türkiyədə və ABŞ-da muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

 
Сайт: https://www.facebook.com/pg/emircanliressamlar/photos/?tab=album&album_id=213194265509486