руccкий
english
РЕГИСТРАЦИЯ
ВХОД
Баку:
19 нояб.
11:19
Помочь нам долларом - рублём ЗДЕСЬ
> подробно

Энциклопедия / Наука

Изменить категорию | Все статьи категории

Fərman Təhməzov

30.10.1933

Təhməzov Fərman Əlibala oglu 1933-cü il oktyabr ayının 30-da Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini kənddəki 97 №-li məktəbdə aldıqdan sonra Bakı əczaçiliq texnikumunu fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Tibb Istitutunun (indiki ATU) əczaçiliq fakultəsinə daxil olmuşdur. 1959-cu ildə buranı müvəffəqiyyətlə bitirərək tibb institutunun Böyuk Elmi Şurasının tövsiyyəsi ilə 1960-cı ildə dərman formalarının texnologiyası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Buranı 1963-cü ildə bitirmiş, 1965-ci ildə isə “Bostan və gül kələmin köklərindən və toxumlarından hazırlanan preparatların kimyəvi tərkibi və farmakoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək əczaçılıq elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür.
Fərman Təhməzov 1965-ci ilinin oktyabrından “Dərman formalarının texnologiyası” kafedrasınında (sonradan “Əczaçılığın texnologiyası, iqtisadiyyatı və təşkili” kafedrası) assistent, baş muəllim, sonra isə dosent vəzifələrində çalışmışdır. 1990 – 2000-ci illərdə kafedranın müdiri olmuşdur. Bundan əlavə Əczaçılıq fakultəsinin dekan müavini, 1983 – 1992-çi illərdə isə fakultəinin dekanı vəzifələrində fəailiyyət göstərmişdir.
İşlədiyi müddətdə dosent Fərman Təhməzov fakultənin elmi şurasının üzvü olmuşdur. O, 60-dan artıq elmi məqalənin, o cumlədən bir neçə dərslik, dərs vəsaiti və kitablarının muəllifidir. (“Dərman formalarının texnologiyası”, 2 cilddə, Ə.İ.İsmayılov və S.Ə.Tağıyevlə birgə, Bakı, Maarif, 1989; “Әczaçılıq texnologiyası üzrә tәcrübә mәşğәlәlәri”, Bakı, Tәbib, 2005). Məqalələri “Azərbaycan tibb jurnalı”nda, “Azərbaycan əczaçiliq və farmakoterapiya jurnalı”ında, “Fizioloqların, biokimyaçıların və farmakoloqların III Zaqafqaziya qurultayının materialları” məcmuəsində, Azərbaycan Tibb Istitutu əczaçiliq fakültəsinin müxtəlif problemlər üzrə elmi konfranslarının materiallarında dərc edilmişdir.